Axtarışda olan qadın oğurluq üstündə tutuldu
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az