Leysan Quba-Xınalıq yolunda fəsadlar törətdi - FOTO

Leysan Quba-Xınalıq yolunda fəsadlar törətdi -    FOTO
  14 İyul 2020    Oxunub:2948
İyulun 13 axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.



Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.

Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxudur.



Azvision.az


Teqlər: Quba   Yol   AAYDA  





Xəbər lenti