Karantini pozub futbol oynadılar - 25 nəfər cərimələndi

Karantini pozub futbol oynadılar -  25 nəfər cərimələndi
  14 İyul 2020    Oxunub:3597
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması və koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti