Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb.
Dərhal polis əməkdaşları tərəfindən “Fithouse” adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov barələrində isə qanunamüvafiq tədbir görülüb.
Azvision.az