Keçmiş məhkumdan 10 kq-dan artıq narkotik götürüldü

Keçmiş məhkumdan 10 kq-dan artıq narkotik götürüldü
  14 İyul 2020    Oxunub:2944
Bakıda külli miqdar narkotik vasitələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunan R.Axundovdan 3,900 qram heroin, habelə yaşadığı evə baxış zamanı 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkar edilib götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti