Müdafiə Nazirliyi Tovuzdakı vəziyyətlə bağlı məlumat yaydı

  15 İyul 2020    Oxunub : 3482
 Müdafiə Nazirliyi Tovuzdakı vəziyyətlə bağlı məlumat yaydı
"Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar. Bildiririk ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir".
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Müdafiə-Naziirliyi   Tovuz