Qəbələnin dağlıq ərazilərinə dolu düşdü

Qəbələnin dağlıq ərazilərinə dolu düşdü
  15 İyul 2020    Oxunub:3722
İyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti