Bakıda karantinlə bağlı reydlər davam etdirilir
Reydin nəticəsi olaraq “OBA” marketin məsul işçisi Ağakərim Qənbərov və “Qrandmart” supermarketinin işçisi Elgiz Paşayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat məbləğində cərimə edilib, obyektlərin rəhbərləri isə ciddi xəbərdarlıq ediliblər.
Reyd iştirakçıları tərəfindən obyektlərdə işçi heyətlə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və sair kimi vasitələrdən istifadə olunması barədə müvafiq göstərişlər verilib.
Azvision.az