İsmayıllıda maşın aşıb, ölən var

  16 İyul 2020    Oxunub : 2315
İsmayıllıda maşın aşıb, ölən var
İyulun 15-də saat 14 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində kənd sakini H.Əkbərov idarə etdiyi “VAZ-21063” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişin Xanımqız Tarverdiyeva hadisə yerində ölüb. İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN