Saatlıda evdən 4800 manat oğurlandı

  16 İyul 2020    Oxunub : 2549
Saatlıda evdən 4800 manat oğurlandı
Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 17-də Qırağlı kəndindəki evlərin birindən 4800 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunanlar, İmişli rayon sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov saxlanılıblar.

Azvision.az

Teqlər: DİN