Prokurorluq Qaradağdakı ölümlə bağlı məlumat yaydı
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla “Elektrik Quraşdırma” müəssisəsində elektrik quraşdırıcısı işləyən Nemət Burfanovun “Cənub” və “Qobu” elektrik stansiyaları arasında elektrik naqillərini yüksək təzyiqli sıxac aləti vasitəsi ilə birləşdirən zaman qeyd edilən yüksək gərginlikli elektrik xəttində yaranmış induksiya elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Qarada Prokurorluq