Rusiyadan gələn professorlar koronaviruslu xəstələrə baş çəkdi

Rusiyadan gələn professorlar koronaviruslu xəstələrə baş çəkdi
  17 İyul 2020    Oxunub:3159
Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyadan dəvət olunan professorlar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olublar.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, rusiyalı həkim heyəti ilk öncə klinikanın direktoru, professor Surxay Musayevlə görüşüblər. Onlar klinikadakı şəraitlə ətraflı tanış olublar. Sonra klinikanın müalicə işləri üzrə müavini, baş həkim Fəridə Hacıyeva, həkim-infeksionist Aygül Əliyeva və şöbələrdə çalışan həkim heyəti ilə koronavirusla mübarizədə əldə olunan ikitərəfli təcrübə və fikir mübadiləsi aparılıb.

Rusiyalı professorlar klinikada müalicə alan xəstələrlə də görüşərək onların vəziyyəti ilə tanış olub, bəzilərini müayinə edərək müalicəsi istiqamətində öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, İ.M.Seçenov adına I Moskva Tibb Universitetinin pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyevin rəhbərlik etdiyi nümayəndə heyəti koronavirusla mübarizədə azərbaycanlı həmkarlarına dəstək məqsədilə ölkəmizə gəlib.

Azvision.az


Teqlər: ATU   Həkim   Klinika   Rusiya  





Xəbər lenti