DYP: 335 avtomobil postlardan geri qaytarılıb

      DYP:    335 avtomobil postlardan geri qaytarılıb
  17 İyul 2020    Oxunub:2927
İyulun 16-da karantin postlarından 300-dən çox avtomobil geri qaytarılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a bildirilib ki, 16.07.2020-ci il saat 00:00-dan 17.07.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 35-i paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 165 avtomobil geri qaytarılıb.

Ümumilikdə 335 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti