Abşeronda ağır qəza: Ana və oğlu öldü

   Abşeronda ağır qəza:    Ana və oğlu öldü
  17 İyul 2020    Oxunub:3478
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə iyulun 16-da saat 23 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi “VAZ-21099” və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb, E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti