Masazırda evdən 60 yaşlı kişinin meyiti tapıldı

Masazırda evdən 60 yaşlı kişinin meyiti tapıldı
  18 İyul 2020    Oxunub:2359
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qocayev Oktay Mirzəcan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Masazır   FHN   Xilasetmə  





Xəbər lenti