Zaqatalada 2 tondan artıq narkotik məhv edilib

Zaqatalada 2 tondan artıq narkotik məhv edilib
  18 İyul 2020    Oxunub:3785
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, ümumi çəkisi 2 tondan artıq olan 6 285 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti