Tovuz sakini qohumunu qətlə yetirib

 Tovuz sakini qohumunu qətlə yetirib
  18 İyul 2020    Oxunub:4688
İyulun 17-də saat 20:30 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Mahmud Əsgərovun qətlə yetirilməsi barədə məlumat daxil olub.
Tovuz rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qohumu Vüqar Səfərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti