Bəhram Bağırzadə ailəsi ilə telefonla danışdı
Bunu Azvision.az -a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
"Bir neçə dəfə yoxlamalar apardıqdan sonra traxeostomanı da çıxartmaq mümkün olacaq. Xəstədə müşahidə edilən neopatiya əlamətləri xeyli geriləyib. Onlara qarşı müvafiq fizioterapevtik müalicə aparılır. Xəstə aktivdir. Oturur, hətta ayağa qalxır. Bu gün səhər artıq ailə üzvləri ilə də telefonla danışıb", - deyə həkim vurğulayıb.
Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Azvision.az
Teqlər: Bəhram-Bağırzadə