21 cinayətin üstü “isti izlər”lə açılıb

21 cinayətin üstü “isti izlər”lə açılıb
  18 İyul 2020    Oxunub:3961
Daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. .

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti