Cəlilabad sakini yük maşının altında qalaraq öldü

Cəlilabad sakini yük maşının altında qalaraq öldü
  18 İyul 2020    Oxunub:4358
Cəlilabad rayonunun Təklə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində kənd sakini F.Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb.

S.Babayev xəstəxanaya aparılarkən yolda ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti