Oğurluq etdiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan İ.Bədəlovun ətrafında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 3-dən aprelin 5-dək olan müddətdə rayon ərazisindəki 4 həyətyanı sahədən ümumilikdə 3 baş inək və 10 baş qoyun oğurlaması da müəyyən edilib.