“Qarabağ münaqişəsi regional sülhə ciddi təhdid yaradır” - Şefik Caferoviç

   “Qarabağ münaqişəsi regional sülhə ciddi təhdid yaradır” -    Şefik Caferoviç
  18 İyul 2020    Oxunub:5135
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident Əliyev.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə mənim dərin başsağlığımı çatdırmağınızı Sizdən xahiş edirəm.

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Ümidvaram ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq”.

Azvision.az


Teqlər: ŞefikCaferoviç  





Xəbər lenti