Bakıda 546 küçə dezinfeksiya edildi

Bakıda 546 küçə dezinfeksiya edildi
  18 İyul 2020    Oxunub:5718
Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə 8-ci dəfə kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb.
BŞİH-dən Azvision.az -a verilən məlumata görə, saat 18:00-a kimi davam edən tədbir zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlarda ümumilikdə 546 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

Qeyd olunub ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarında gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm ikiqat artıb.

Görülən işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

Azvision.az


Teqlər: Meriya   Küçə  





Xəbər lenti