Bakıda narkotacirlərə qarşı əməliyyat

Bakıda narkotacirlərə qarşı əməliyyat
  20 İyul 2020    Oxunub:3023
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqram 70 qram heroin götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 kiloqram 25 qram marixuana götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti