Bərdədə karantin rejimini pozanlar həbs olundu

Bərdədə karantin rejimini pozanlar həbs olundu
  20 İyul 2020    Oxunub:2883
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Zümürxan kəndi ərazisində Q. Bayramlıya məxsus kafenin rayon ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Azvision.az -a verilən məlumata görə, Q. Bayramlı və kafenin müştəriləri - F. Əliyev və B. Hümbətov karantin qaydalarını pozmuş və sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

Azvision.az



Teqlər: Bərdə   DİN  





Xəbər lenti