Sabirabadda toy məclisi təşkil edənlər cərimələnib
Belə ki, Sabirabad RPŞ-nin Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Bala Həşimxanlı kəndində E. Əsədovun öz evinin həyətində toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin məclisdə 20 nəfərə yaxın şəxs toplaşaraq xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Polis əməkdaşları tərəfindən məclisdə iştirak edən 9 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.
Azvision.az
Teqlər: DİN