Yevlaxda 21,5 kq narkotik müsadirə edildi
Bu zaman yaşayış evinin həyətyanı sahəsindən 107 ədəd ümumi çəkisi 21.500 kq olan, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və ümumi çəkisi 9.144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Azvision.az