Polisdən əməliyyat: Silahlı şəxslər ələ keçdi

   Polisdən əməliyyat:    Silahlı şəxslər ələ keçdi
  20 İyul 2020    Oxunub:3976
Bakı sakinində silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Vəliyevin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naftalan şəhər sakini E.Şirəliyevin və Yevlax rayon sakini R.Bayramovun paytaxtın Nizami rayonu ərazisində kirəyədə yaşadıqları mənzilə baxış zamanı oradan “STRAŞ RS-22” markalı tapança, 20 ədəd patron və 180 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti