Velosiped sürən 6 yaşlı uşağı maşın vurub öldürdü

Velosiped sürən 6 yaşlı uşağı maşın vurub öldürdü
  20 İyul 2020    Oxunub:3816
Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 19-da saat 18 radələrində Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri vurub.

Xəsarət alan uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti