Meksikanın Azərbaycana ixracı 32.43 % artıb
Qeyd edilən göstəricilər Meksikanı Azərbaycanın əsas Latın Amerika ticarət tərəfdaşı kimi təsdiq edir.
Məlumatda vurğulanıb ki, ikitərəfli ticarətin tənəzzülü COVID-19 pandemiyasının dünya ticarətinə təsir etdiyi ayları da əhatə edir. Həmçinin, Azərbaycanın neft sənayesi üçün olan borular, avtomobil, tekila və meyvələrdən limon, avokado və manqo kimi Meksika məhsullarına artan marağını göstərir.
Bu pozitiv tendensiya davam etdiyi təqdirdə, Meksika və Azərbaycan arasındakı ticarət 2020-ci ildə tarixi maksimum həddə çata və 2019-cu ildə müşahidə edilən 52.4 milyon dollar rəqəmini keçə bilər.
Dünya üzrə Meksika məhsulları Azərbaycan tərəfindən idxal olunan ölkələr sırasında 23-cü yeri tutur, nəzərə alsaq ki, 2014-cü ildə 54-cü yerdə qərarlaşmışdı.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Azərbaycan