Gədəbəyə istirahətə gedənlər cərimələndi
Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Bundan başqa polis əməkdaşları bəzi iaşə obyektlərinin karantin rejiminin tələblərini açıq-aşkar pozduqlarını, müştərilər arasında sosial məsafənin gözlənilmədiyini və həmçinin xidmət personallarının əksəriyyətinin tibbi maska və əlcəkdən istifadə etmədiyini də müəyyən ediblər ki, həmin şəxslər barəsində də qanunamüvafiq təbir görülüb.
Azvision.az
Teqlər: DİN