AZAL xüsusi reyslərə kimlərin buraxılacağını açıqladı

   AZAL xüsusi reyslərə kimlərin buraxılacağını açıqladı
  21 İyul 2020    Oxunub:2843
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı hansı şəxslərin buraxılacağını açıqlayıb.
AZAL-dan Azvision.az -a verilən məlumata görə, bura Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və respublikanı ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr daxildir.



Azvision.az


Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti