Hövsan Yaşayış Kompleksində hərbçilərə 803 mənzil ayrıldı

Hövsan Yaşayış Kompleksində hərbçilərə 803 mənzil ayrıldı
  22 İyul 2020    Oxunub:3578
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.
MİDA-dan Azvision.az -a verilən məlumata görə, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən 2 962 mənzildən 803-ü hərbi qulluqçular üçün ayrılıb. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilmişdir.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1 112 mənzil ayrılıb.

Azvision.az


Teqlər: Hövsan   MİDA   Ev   Hərbçi  





Xəbər lenti