Evə basqın edən şəxs qadını döyüb pul istədi

Evə basqın edən şəxs qadını döyüb pul istədi
  22 İyul 2020    Oxunub:3463
İyulun 20-u saat 2 radələrində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan qadının evinə girmiş həmkəndlisinin onu döyərək, hədə-qorxu gəlib 300 manat pul və qızıl-zinət əşyaları tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti