İcazəsi olmayan 310 maşın postlardan geri qaytarılıb

   İcazəsi olmayan 310 maşın postlardan geri qaytarılıb
  22 İyul 2020    Oxunub:4092
Ötən gün 300-dən çox nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 21-i saat 00:00-dan iyulun 22-si saat 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 40-ı rayon, 75-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 20-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyindəki keçid postundan 60-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 125 avtomobil geri qaytarılıb.

Ümumilikdə 310 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az



Teqlər: DYP   Karantin  





Xəbər lenti