Goranboyda karantini pozan 138 nəfər cərimələndi
Bundan başqa, rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı iyul ayının 4-dən tətbiq edilən sərt karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.
Belə ki, araşdırmalar zamanı 138 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 6 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Azvision.az