Xəstəxanaya yerləşdirilən azyaşlı nəzarətə götürülüb
Uşağın nənəsi tərəfindən ananın psixoloji problemlərdən əziyyət çəkdiyi və hazırda qızının harada olması barədə məlumatlı olmadığı bildirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayon İcra Hakimiyyəti ilə birgə uşağın yaşayış yerinə səfər edərək vəziyyətin uşağın mənafeyi baxımından qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər. Hazırda həkim nəzarətində olan uşağın müvafiq müayinə və müalicələri davam etdirilir.
Məsələ Komitənin nəzarətindədir və araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə və müvafiq yerli icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət göndərilib.
Azvision.az
Teqlər: Komitə