Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.