Keçmiş məhkum evlərdən 9 minlik qızıl oğurladı

Keçmiş məhkum evlərdən 9 minlik qızıl oğurladı
  23 İyul 2020    Oxunub:3223
Sumqayıtda evlərdən oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 850 manat və 100 dollar, habelə 5 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Y.Səfərov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti