Aksiz markası olmayan spritli içki və yağ aşkarlandı

Aksiz markası olmayan spritli içki və yağ aşkarlandı
  23 İyul 2020    Oxunub:3633
İyulun 22-i saat 2 radələrində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində Şahbuz rayon sakini E.Nəcəfovun idarə etdiyi “AzSamand” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan aksiz markası olmayan 114 ədəd spritli içki və 130 kq çəkidə yağ aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti