Bakıda avtobus mopedlə toqquşdu, ölən var

Bakıda avtobus mopedlə toqquşdu, ölən var
  23 İyul 2020    Oxunub:3054
İyulun 22-də saat 17 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə,nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən T.Dadaşov orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti