"Yaşıl Göl"də saxlanılan vəhşi heyvanlar Milli Parka verildi

"Yaşıl Göl"də saxlanılan vəhşi heyvanlar Milli Parka verildi
  23 İyul 2020    Oxunub:5658
"Ağstafa rayonu "Yaşıl Göl" ailəvi istirahət mərkəzindən götürülən 2 ayı və 2 canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

Rəis müavini bildirib ki, vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq:

"Heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulov barəsində isə akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib. Vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılması vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla yolverilməz hesab olunur. Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik”.

Azvision.az


Teqlər: ETSN   Təbiət   Canavar   Ayı  





Xəbər lenti