Bakı polisi velosipedçilərə qarşı reyd keçirdi - FOTO
Yalnız icazə verilən yerlərdə velosipedlərin hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmur. Bununla bağlı Dənizkənarı Milli Parkın mərkəzi əraziləri istisna olmaqla, digər yerlərdə - “Yeni Bulvar” və “Bayıl bulvar”da müvafiq yerlərdə xüsusi zolaqlar ayrılıb ki, orada velosipedlərin hərəkətinə icazə verilir.
Velosiped istifadəçilərinə tövsiyə edilir ki, ərazidə mövcud qaydlara əməl etməklə digər şəxslərin hüquqlarına hörmətlə yanaşsınlar. Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, onların barəsində müvafiq protokollar tərtib olunub. Dənizkənarı Milli Parkda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Azvision.az
Teqlər: DİN