65 mağaza və aptekdən oğurluq edən şəxs tutuldu
Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib. Sərdar Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının yüzlərlə olduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
Azvision.az
Teqlər: DİN