Altı dəfə məhkum olunmuş şəxsdən “Makarov” götürüldü

Altı dəfə məhkum olunmuş şəxsdən “Makarov” götürüldü
  23 İyul 2020    Oxunub:3239
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, bir patron darağı və altı patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti