Siyəzəndə narkotik satan dəstə üzvləri saxlanıldı - FOTO
Onun üzərinə baxış zamanı ümumi çəkisi 22 qramdan çox narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotik maddələri satış məqsədilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən Rəsul Qədirovun Xızı rayonunun Sitalçay kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı 1 kiloqramdan artıq qurudulmuş marixuana, 1.5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən ümumi çəkisi 34 kiloqramdan artıq olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 108 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin satışını həyata keçirən “Avtoş Elnur” ləqəbi ilə tanınan Elnur Əliyev saxlanılıb. Saxlanılan zaman E.Əliyev məsuliyyətdən azad olmaq üçün üzərində olan narkotik maddəni yerə ataraq qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirilib. Dindirilmə zamanı E.Əliyev narkotik satışı ilə məşğul olduğunu etiraf edərək, narkotik maddələri Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.
Polis əməkdaşları tərəfindən Cavid Məmmədov da saxlanılıb və onun Şabran rayonu ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış məqsədilə kibrit qutularında və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi bir kiloqramdan artıq olan qurudulmuş marixuana və 5 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Azvision.az
Teqlər: DİN