Qəbələdə gizli işləyən hazırlıq mərkəzi aşkar edildi - FOTO

Qəbələdə gizli işləyən hazırlıq mərkəzi aşkar edildi   - FOTO
  24 İyul 2020    Oxunub:4627
Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub.

Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti