Karantin postunda saxlanılan şəxsdə narkotik tapıldı
Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib və həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib. Onun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixotrop maddə metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Azvision.az