Naxçıvanda 85 milyondan çox kredit verilib

Naxçıvanda 85 milyondan çox kredit verilib
  25 İyul 2020    Oxunub:4278
2020-ci ilin ilk yarımilində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 85 milyon 374 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 73,7 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, verilmiş kreditlərin 9 milyon 670 min manatı və yaxud 11,3 faizi qısamüddətli, 75 milyon 704 min 700 manatı və yaxud 88,7 faizi uzunmüddətli kreditlər olub.

Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.

Azvision.az


Teqlər: Naxçıvan   Kredit  





Xəbər lenti