Gəncədə bir qrup abonent qazsız qaldı

Gəncədə bir qrup abonent qazsız qaldı
  25 İyul 2020    Oxunub:5865
Gəncədə bir qrup abonentin təbii qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, Gəncə şəhəri H.Əliyev və İ.Məmmədov küçələrinin kəsişməsində tikinti şirkətlərindən biri qazıntı apararkən təbii qaz xəttini zədələyib.

Diametri 110 millimetr olan qaz xəttinin deşilməsi nəticəsində xeyli sayda abonent qazsız qalıb. Qaz təchizatının tez bir zamanda bərpası üçün Gəncə Regional Qaz İstismarı İdarəsi təxirəsalınmaz tədbirlər görür.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti